Kateqoriyalar
Sırala
ID 0145888

Bakıda təşkil olunan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları

İyunun 16-sı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına rəsmən start verilib. Tədbir çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda sessiya təşkil olunub. Azərbaycan Mərkəzi Bankının direktoru Şahin Mahmudzadə çıxışı zamanı Mərkəzi Bankın ilin sonunadək ESG (ekoloji, sosial və idarəetmə) risklərinin maliyyə sistemində daha effektiv idarə olunması üçün yeni makroprudensial alətlərin hazırlanmasını planlaşdırdığını söyləyib. İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında MDB və qlobal miqyasda lider mövqeyini qoruduğunu deyib. Onun qeyd edib ki, ölkəmiz 2017, 2019, 2021 və 2024-cü illərdə 4 Könüllü Milli Hesabat təqdim etməklə MDB regionunda lider mövqeyini qoruyub saxlayır və qlobal miqyasda ilk 10 ölkə sırasında yer alan dövlətlərdən biridir. 

Digər fotolar
arrow-up