Kateqoriyalar
Sırala
ID 0145892

Qubada keçirilən balıqçılıq və akvakulturanın inkişafına dair regional müşavirə

Qubada "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə regional müşavirə keçirilir. Müşavirə çərçivəsində dövlət proqramında nəzərdə tutulan tədbirlər, kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf perspektivləri, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də regionlarda sahibkarlıq fəaliyyətinin təşviqi məsələləri müzakirə olunur. Müşavirədə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, eləcə də sahibkarlar və aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Digər fotolar
arrow-up