Kateqoriyalar
Sırala
ID 0145950

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü

Hər il iyunun 17-si Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1918-ci il iyunun 17-də Xudadat bəy Rəfibəylinin ölkənin ilk səhiyyə və sosial təminat naziri təyin olunması ilə əlaqədardır. Bu tarix milli səhiyyə sisteminin formalaşmasının başlanğıcı hesab edilir. Bir əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Son illərdə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və kadr potensialının artırılması istiqamətində həyata keçirilən islahatlar ölkədə səhiyyənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Bu inkişafın mühüm nümunələrindən biri də 2020-ci il martın 28-dən TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikadır. Qafqazın ən böyük tibb müəssisələrindən sayılan klinika həm geniş infrastrukturu, həm də müasir tibbi imkanları ilə seçilir. 800-dən çox həkim və tibbi personalın çalışdığı Yeni Klinikada Cərrahiyyə və Transplantasiya Mərkəzi, Ürək-damar Mərkəzi, Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Somatika və STROK Mərkəzi, İnsult (STROK) Mərkəzi, Hematologiya və Sümük İliyi Nəqli Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin tərkibində 25 şöbə və 13 bölmə əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərir. Yeni Klinika bu gün ölkənin səhiyyə sisteminin inkişafını əks etdirən ən müasir və strateji tibb müəssisələrindən biri hesab olunur.

Teqlər
Digər fotolar
arrow-up