Kateqoriyalar
Sırala
ID 0146082

"Metrologiyanın rolu və əhəmiyyəti" haqqında maarifləndirici təlim

İyunun 18-i Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutuna mediatur təşkil olunub. Mediatur çərçivəsində "Metrologiyanın rolu və əhəmiyyəti" haqqında maarifləndirici təlim keçirilib. Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov çıxışı zamanı Azərbaycanda keyfiyyət infrastrukturunun vahid siyasətlə idarə olunacağını bildirib. Onun sözlərinə görə, Azərbaycanda metroloji infrastrukturun modernizasiya proqramının icrası ilin sonuna qədər yekunlaşacaq. Bundan başqa, X.Seyranov deyib ki, Azərbaycan sahibkarının istehsal edib bazara çıxardığı məhsul müəyyən keyfiyyət göstəricilərinə cavab verməlidir. Əgər məhsul keyfiyyət tələblərinə cavab vermirsə, qlobal rəqabətdə özünə yer tapa bilməyəcək və nəticədə bazardan çıxmağa məcbur qalacaqdır deyə əlavə edib. O, məhsulların keyfiyyətinin təsdiqlənməsində metroloji xidmətlərin rolunun mühüm olduğunu vurğulayıb. Onun sözlərinə görə, sahibkarın anbarındakı məhsulun həcmi belə ölçmələr vasitəsilə müəyyən edilir. Baş direktor qeyd edib ki, yanlış laboratoriya ölçmələri insanların sağlamlığı üçün risk yarada bilər. Laboratoriyaların beynəlxalq standartlara uyğunluğunun da məhz metroloji yoxlamalar vasitəsilə təsdiqləndiyini qeyd edib.

Digər fotolar
arrow-up