Kateqoriyalar
Sırala
ID 0146215

Azərbaycan Dövlət Kukla Teatrı

Azərbaycan Dövlət Kukla Teatrı ölkənin ən qədim və zəngin ənənələrə malik sənət ocaqlarından biridir. 1931-ci ildən fəaliyyət göstərən teatr Azərbaycan milli kukla sənətinin formalaşması və inkişafında mühüm rol oynayıb. Teatr uzun illər ərzində yetişən nəsillərin  mənəvi-estetik tərbiyəsinə, onların milli-mənəvi dəyərlərə bağlı böyüməsinə böyük töhfələr verib. Xalq Maarif komissarlığının əmri ilə 16 may 1931-ci ildə Bakıda Türk Kukla Teatrı kimi fəaliyyətə başlayan sənət ocağı "Sirk" adlanan ilk tamaşasını 1932-ci ilin aprelində oynayıb. Məsxərə elementli həmin oyun-tamaşa çox qısa olsa da, məzəli, əyləncəli və uşaqlar üçün maraqlı idi. Yarandığı ilk illərdə müxtəlif qurumların nəzdində fəaliyyət göstərən kollektiv Azərbaycan Respublikasının Nazirlər Sovetinin 1964-cü il 15 aprel tarixli qərarına əsasən dövlət statusunu bərpa edib. 1965-ci ildən Dənizkənarı Milli Parkda yerləşən teatrın repertuarında həm Azərbaycan, həm də dünya ədəbiyyatının nümunələri geniş yer alıb. Azərbaycan Dövlət Kukla Teatrı ənənələrə sadiq qalmaqla yanaşı, yeniliklərə açıq yaradıcılıq xətti ilə ölkənin mədəni həyatında özünəməxsus yer tutur və tamaşaçılara nağıl dolu unudulmaz anlar yaşadır.

Teqlər
Digər fotolar
arrow-up