Kateqoriyalar
Sırala
ID 0146421

Aşura günü ilə bağlı İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyası

İyunun 25-i Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib. Aksiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Aksiyada dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də müxtəlif dövlət qurumlarını təmsil edən 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda sosial məsuliyyət hissini gücləndirməkdir. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Digər fotolar
arrow-up