Kateqoriyalar
Sırala
ID 0146898

Bakı Bulvarında fəaliyyətə başlayan elektrik mühərrikli retro faytonlar

Vaxtilə Bakı şəhərinin simvollarından biri olan faytonlar yenidən sakinlərin və şəhər qonaqlarının ixtiyarına verilib. Bu dəfə onlar klassik görkəmini qorusa da, müasir texnologiya ilə təchiz olunaraq elektrik mühərriki ilə fəaliyyət göstərir. Bakı Bulvarında istifadəyə verilən elektrikli retro faytonlar ziyarətçilərə sahilboyu gəzintini fərqli atmosferdə keçirmək, tarixi məkanları nostalji ovqatda seyr etmək imkanı yaradır. Ekoloji cəhətdən təmiz olan bu nəqliyyat vasitəsinin fəaliyyətində əsas məqsəd bulvar ərazisində gəzintiyə çıxan yerli sakinlərin və xarici qonaqların rahatlığını təmin etməklə yanaşı, şəhərin tarixi ruhunu müasir yanaşma ilə yaşatmaqdır. Təxminən 35 dəqiqə davam edən səyahət Bakı Bulvarının tarixi marşrutunu əhatə edir və sərnişinlərə paytaxtın sahilboyu gözəlliklərini fərqli baxış bucağından kəşf etmək imkanı təqdim edir.

Digər fotolar
arrow-up