Kateqoriyalar
Sırala
ID 0146988

Gildən müxtəlif əşyaların hazırlandığı keramika emalatxanası

2020-ci ildən fəaliyyət göstərən bu keramika emalatxanasında gildən hazırlanan unikal əl işləri ərsəyə gətirilir. Burada vazalar, boşqablar, fincanlar, aksesuarlar və  bir çox digər keramika məmulatları hazırlanır. Hər bir məhsul uzun və incə zəhmət tələb edən bir yaradıcılıq prosesindən keçir. Əvvəlcə gil dulusçuluq çarxında və ya əl yapımı ilə formaya salınır, sonra qurudulur, xüsusi sobalarda yüksək temperaturda bişirilir, şirələnir və yenidən sobaya verilir. Bu mərhələlərin hər biri məmulatın keyfiyyətinə, davamlılığına və estetik görünüşünə təsir göstərir. Emalatxanada çalışan rəssamlar qədim keramika ənənələrini müasir yanaşmalarla birləşdirərək keçmişlə bu gün arasında mənəvi körpü yaratmağa çalışırlar. Ənənəvi sənət nümunələri orijinal dizayn, fərqli forma və rəng həlləri ilə yenidən işlənərək milli keramika sənətinin inkişafına töhfə verir. Maraqlı formaları, milli naxışları, zəngin rəng çalarları və fərqli fakturası ilə seçilən məhsullar həm funksionallığı, həm də estetik görünüşü ilə diqqət çəkir.

Digər fotolar
arrow-up