Kateqoriyalar
Sırala
ID 0147200

Pantomima aktyoru Fərhat Kılıç

Pantomima aktyoru Fərhat Kılıç paytaxtın mərkəzi küçələrində öz çıxışları ilə Bakı sakinlərini və şəhərin qonaqlarını heyrətləndirir. O, mimika, baxış və jestlər vasitəsilə insanların diqqətini çəkir, yanından keçənlər isə dayanaraq onun performansını izləyirlər. Türkiyə vətəndaşı olan Fərhat Kılıç sənətin yalnız səhnədə deyil, küçələrdə də insanlarla görüşməli olduğunu düşünür. Onun fikrincə, küçə sənəti hər kəs üçün əlçatandır və insanlar bu tamaşaları asanlıqla izləmək imkanı qazanırlar. Aktyor bildirir ki, məqsədi insanları güldürməklə yanaşı, onları düşündürmək və fərqli duyğular yaşatmaqdır. 15 ildir dünyanı gəzən Fərhat Kılıç müxtəlif ölkələrdə küçə nümayişləri ilə çıxış edir. O, Azərbaycanı çox sevdiyini və tez-tez Bakıya gəldiyini qeyd edir. Aktyor Azərbaycanda insanların sənətə böyük maraq göstərdiyini və küçə performanslarını yüksək qiymətləndirdiyini bildirir.

Digər fotolar
arrow-up