Kateqoriyalar
Sırala
ID 0147397

"OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin iclası

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası keçirilib. İclasda OPEC-in Baş katibi Heysəm əl-Qaysın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti iştirak edir. Azərbaycan tərəfi tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə təmsil olunur. İclasda OPEC-ə üzv ölkələrin və Əməkdaşlıq Xartiyasında iştirak edən dövlətlərin nümayəndələri bir araya gəlib. Görüşdə dəyişən qlobal enerji mənzərəsi fonunda enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunur. Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qlobal neft bazarında tələb və təklif arasında balansın qorunması Azərbaycanın "OPEC+" çərçivəsində əməkdaşlıqda əsas məqsədlərindən biridir. Onun sözlərinə görə, Azərbaycan artıq on ilə yaxındır Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı kimi "OPEC+" platformasında qlobal neft bazarının sabitliyinin təmin olunmasına fəal və məsuliyyətli şəkildə töhfə verir. OPEC-in baş katibi Heysəm əl-Qays isə qeyd edib ki, Bakı qlobal neft sənayesinin beşiyi olmaqla yanaşı, dünya neft tarixində bir çox ilklərə imza atmış şəhərdir. O, Bakıya yenidən səfər etməkdən məmnun olduğunu bildirib və şəhəri qlobal neft sənayesinin beşiyi, eləcə də bir çox tarixi yeniliklərin müəllifi adlandırıb.

Teqlər
Digər fotolar
arrow-up