Kateqoriyalar
Sırala
ID 0147680

Güləş üzrə U-17 Dünya Çempionatının komanda heyətlərinin açıqlanması mərasimi

Bakıda keçiriləcək U - 17 güləş üzrə dünya çempionatında son 20 ilin idmançı və iştirakçı qeydiyyatı üzrə rekordu qeydə alınacaq. Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev bu göstəricini dövlətin uğurlu idman siyasətinin nəticəsi kimi dəyərləndirib. AGF - nin vitse - prezidenti, Olimpiya çempionu Namiq Abdullayev isə idmançılar üçün bütün lazımi şəraitin yaradıldığını bildirərək, milli komandaya uğurlar arzulayıb və doğma arenada bayrağımızın ucalacağına inamını ifadə edib. 27 iyul - 2 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq çempionatda 663 idmançı, 272 məşqçi və 64 beynəlxalq hakim iştirak edəcək. Ümumilikdə ölkəmizə 1100 - dən artıq qonağın gəlişi gözlənilir.

Digər fotolar
arrow-up