Kateqoriyalar
Sırala
ID 0147997

Güləş üzrə U-17 dünya çempionatının üçüncü günü

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının üçüncü yarış gününə start verilib. Bu gün qadın güləşçilər mübarizəyə qoşulublar. Azərbaycan millisinin dörd üzvü xalça üzərinə çıxacaq. Qadınların mübarizəsində 57 kq çəki dərəcəsində çıxış edən Qaratel Quliyeva artıq ilk görüşünə çıxıb. O, təsnifat mərhələsində İsveçrə təmsilçisi Delya Qislerlə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bundan sonra 43 kq çəki dərəcəsində Vəfa Orucova 1/8 final mərhələsində Rumıniya təmsilçisi Valia Harsanla qarşılaşacaq. Eyni mərhələdə 49 kq-da Nəzrin Əhmədli Almaniya idmançısı Madina Bayramova ilə üz-üzə gələcək. 65 kq çəki dərəcəsində isə Rəna Nuriyeva təsnifat mərhələsində Meksika təmsilçisi Silviya Espinoza Munislə mübarizə aparacaq. Bununla yanaşı, yunan-Roma güləşçilərinin medal görüşləri də keçiriləcək. Azərbaycanın iki təmsilçisi qızıl medal uğrunda xalçaya çıxacaq. Belə ki, 45 kq çəki dərəcəsində Əli Cavadlı ABŞ təmsilçisi Raylen Bezer Voksla, 51 kq-da isə Abdulrahman Hüseynli Özbəkistan güləşçisi Bunyod Hasanovla çempionluq uğrunda qarşılaşacaq. 60 kq çəki dərəcəsində Elmir Çərkəzov bürünc medal uğrunda mübarizə aparacaq. Zöhrab Səfərov isə təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq.

Digər fotolar
arrow-up