Kateqoriyalar
Sırala
ID 0148081

Güləş üzrə U-17 dünya çempionatının dördüncü günü

Bakıda keçirilən U-17 dünya güləş çempionatı davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisinin beş qadın güləşçisi mübarizəyə qoşulub. 53 kq çəki dərəcəsində çıxış edən Fatimə Bayramova uğurlu çıxışını davam etdirib. O, əvvəlcə təsnifat mərhələsində israilli Sela Rozovu, daha sonra isə 1/8 finalda moldovalı Ruslana Karapetiantı hər iki görüşdə 11:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. 61 kq-da Fidan Babayeva ilk görüşündə məğlub olaraq mübarizəni dayandırıb. 69 kq çəki dərəcəsində yarışan Simurə Abdullayeva isə 1/8 finalda Qırğızıstan təmsilçisi Milana Ulanovaya 6:10 hesabı ilə uduzub. 46 kq-da mübarizə aparan Nuray Cəfərli də 1/4 finalda Macarıstan güləşçisi Vivyen Sentpalaya 8:10 hesabı ilə məğlub olub. 40 kq çəki dərəcəsində çıxış edən Gülxanım Şirinovanın isə yarışdakı çıxışı davam edir. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan yarışda 29 idmançı ilə təmsil olunur.

Digər fotolar
arrow-up