Kateqoriyalar
Sırala
ID 0148380

Şəmsi Əsədullayevin Mərdəkandakı bağ evi

Mərdəkan qəsəbəsində yerləşən Şəmsi Əsədullayevin bağ evi XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının neft bumu dövrünün ən möhtəşəm memarlıq nümunələrindən biridir. 1897–1901-ci illərdə inşa edilən bağ evi vaxtilə Bakı milyonçusu Şəmsi Əsədullayevə məxsus olub. Təxminən 15 hektarlıq ərazini əhatə edən mülk böyüklüyünə görə dövrün Nobel, Muxtarov və Tağıyev villalarını belə geridə qoyurdu. Kompleks geniş parkı, iki monumental giriş qapısı, uzun ağcaqovaq xiyabanları və mərkəzində yerləşən 35 metr diametrli hovuzu ilə seçilirdi. Villanın memarlığında Abşeronun təbii iqlim şəraiti nəzərə alınıb. Güclü küləklər və qum fırtınalarından qorunmaq üçün hovuzlar xüsusi üsulla inşa edilib. Üçmərtəbəli əsas bina park mənzərəsinə, ikimərtəbəli korpus isə Xəzər dənizinə istiqamətlənib. Daş sütunlar, şüşə qalereyalar və zərif memarlıq elementləri bağ evinə xüsusi gözəllik bəxş edir. Bu tarixi kompleks bu gün də Azərbaycanın memarlıq irsinin ən dəyərli nümunələrindən biri hesab olunur. 

Digər fotolar
arrow-up