Kateqoriyalar
Sırala
ID 0148771

Gəncədə yerləşən Nizami Gəncəvi Muzeyi

Gəncədə, Nizami Gəncəvinin məqbərəsi ərazisində yerləşən Nizami Gəncəvi Muzeyi dahi şairin həyat və yaradıcılığına həsr olunub. Muzeyin yeni binasının tikintisinə 2012-ci ildə başlanılıb və 21 yanvar 2014-cü ildə istifadəyə verilib. Həmin gün Prezident İlham Əliyev muzeyin açılışında iştirak edib. Muzeydə Nizami Gəncəvinin irsini əks etdirən eksponatlar, şairin yubileyləri münasibətilə nəşr olunmuş kitab və monoqrafiyalar nümayiş etdirilir. Ekspozisiyanın diqqətçəkən bölmələrindən biri Avstriya, Rusiya, Almaniya və Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə və Fransanın Strasburq kitabxanalarında, həmçinin ABŞ-ın Metropoliten Muzeyində qorunan nadir “Xəmsə” əlyazmaları və miniatürlərinin orijinalları və nüsxələrindən ibarətdir. Muzeydə həmçinin elmi-tədqiqat şöbəsi və elmi tədbirlərin keçirilməsi üçün konfrans zalı fəaliyyət göstərir. Bu xüsusiyyətləri ilə muzey yalnız Nizami Gəncəvinin yaradıcılığının təbliğ olunduğu məkan deyil, həm də Gəncənin mədəni və elmi həyatında mühüm rol oynayan turizm məkanıdır.

Digər fotolar
arrow-up