Kateqoriyalar
Sırala
ID 0149996

Qaxın Sarıbaş kəndi

Böyük Qafqaz dağlarının cənub ətəklərində, dəniz səviyyəsindən 1800 metrdən yüksəklikdə yerləşən Sarıbaş kəndi Qaxın qədim yaşayış məskənlərindən biridir. Əsrlərdir dağların qoynunda öz həyat tərzini qoruyub saxlayan kənd tarix, təbiət və milli-mədəni irsin özünəməxsus vəhdəti ilə seçilir. Tarixi XIV–XV əsrlərə gedib çıxan Sarıbaş əsasən saxurların məskunlaşdığı yaşayış məntəqəsi kimi tanınır. Kənd əsrlər boyu İlisu sultanlığının mühüm strateji və müdafiə məntəqələrindən biri olub. Burada sərt dağ relyefi və iqlim insanların həyat tərzinə, tikinti üslubuna və təsərrüfat fəaliyyətinə də öz təsirini göstərib. Sarıbaşın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun özünəməxsus memarlığıdır. Çay daşlarından inşa edilmiş, dağın yamacına uyğun şəkildə pilləli yerləşən evlər kəndin əsrlər boyu formalaşmış simasını qoruyur. Dar keçidlər, daş divarlar və təbii relyeflə vəhdət təşkil edən tikililər Sarıbaşa fərqli görünüş bəxş edir. Kənd sakinlərinin ənənəvi məşğuliyyətləri arasında heyvandarlıq, yun toxuculuğu və xalçaçılıq xüsusi yer tutur. Bu sənətlər yalnız təsərrüfat fəaliyyəti deyil, həm də nəsildən-nəslə ötürülən mədəni irsin bir hissəsidir.

 

Digər fotolar
arrow-up