Kateqoriyalar
Sırala
ID 0150104

Bakı Konqres Mərkəzində keçirilən IV İqlim Həftəsi

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) IV İqlim Həftəsi öz işinə başlayıb. Sentyabrın 11-dək davam edəcək tədbirin ilk günü “Enerji keçidi, iqlim maliyyələşməsi və sənaye karbonsuzlaşdırılması” mövzusuna həsr olunub. Gün ərzində “Bakıdan COP31-ə: Parçalanmış dünyada impulsu qorumaq”, “İnnovasiya, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin irəlilədilməsi”, “Metanın azaldılmasının sürətləndirilməsi: aşkaretmədən fəaliyyətə” və “Karbon bazarı müzakirəsi: karbon bazarları vasitəsilə iqlim maliyyələşməsinin açılması” mövzularında sessiyaların keçirilməsi nəzərdə tutulub. IV İqlim Həftəsinin açılış mərasimi sentyabrın 9-da keçiriləcək. BCAW 2026 çərçivəsində siyasətçilər, biznes və maliyyə sektorunun nümayəndələri, alimlər, akademik dairələr, vətəndaş cəmiyyəti, gənclər, şəhərlər, yerli icmalar və beynəlxalq təşkilatlar bir araya gələcək. Tədbirin əsas məqsədi Paris Sazişinin və milli iqlim öhdəliklərinin icrasını sürətləndirmək, iqlim maliyyələşməsini, regional əməkdaşlığı və innovativ həllərin tətbiqini təşviq etməkdir. İqlim Həftəsi hökumətlərlə qeyri-dövlət tərəfdaşları arasında dialoq və əməkdaşlıq üçün platforma rolunu oynayacaq. Proqram çərçivəsində iqlim dəyişmələrinin təsirlərinin azaldılması, uyğunlaşma və dayanıqlılığın gücləndirilməsi istiqamətində praktik həllər, innovativ texnologiyalar və dayanıqlı maliyyə mexanizmləri müzakirə olunacaq. Tədbir həmçinin yeni tərəfdaşlıqların və investisiyaların formalaşmasına, gənclərin, qadınların, akademik dairələrin, vətəndaş cəmiyyətinin və yerli icmaların iştirakının genişləndirilməsinə, yaşıl bacarıqların və iqlim təhsilinin inkişafına diqqət yetirəcək. Dairəvi iqtisadiyyat və “Sıfır Tullantı” yanaşmaları da ədalətli keçid və dayanıqlı inkişafın əsas istiqamətlərindən biri kimi təqdim ediləcək.

Digər fotolar
arrow-up