Kateqoriyalar
Sırala
ID 0150922

Milli musiqi alətləri ustası Musa Yaqubov

Musa Yaqubov deyir ki, uşaqlıqdan bu sənətlə məşğuldur. Atasının yanında dayanaraq onun tar düzəltməyinə baxıb bu sənəti öyrənib. Köçkün həyatı yaşamasına baxmayaraq, sənətin itib-batmasına göz yummayıb. Yataqxanada yaşadığı illərdə də Azərbaycanın milli musiqi alətlərini hazırlamağa davam edib. Musa Yaqubov artıq 50 ildir ki, tar ustası kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, atası da tar ustası olub. Qardaşı tar ifaçısıdır, oğlu da bu sənəti davam etdirir. Ustanın sözlərinə görə, tarın çanağının hazırlanması üçün ən yaxşı material tut ağacıdır. Qarağacdan da istifadə etmək mümkündür. Tarın qol və baş hissələri isə qoz ağacından hazırlanır. Çanaq üçün ağac tən ortadan bölünür və əvvəlcə kub formasına salınır. Bu zaman ağacın özəyinin mütləq çıxarılması lazımdır. Özək qaldıqda ağac sonradan çatlaya bilər. Daha sonra kubun iç hissəsi oyulur, ardınca çöl tərəfi yonulur Hazırlanan ağacın uzun müddət qurudulması vacibdir. Usta ağacın üzərinə tarix yazaraq onu ən azı bir-iki il saxlayır. Ağac əvvəlcə kərki ilə, daha sonra xüsusi dəzgah və sonda oyma alətləri ilə işlənir. Bundan sonra qurumaq üçün günəş işığı düşməyən yerə qoyulur. Birbaşa günəş şüaları ağacın çatlamasına səbəb ola bilər. Zaman keçdikcə ağacın rəngi də dəyişir.

Digər fotolar
arrow-up