Azərbaycan Qran-prisi: "Formula 2"də ikinci əsas yarış
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinə yekun vurulub. Qran-prinin son yarışı olan ikinci əsas mübarizədə “Rodin Motorsport” komandasının pilotu Aleks Dann bütün rəqiblərini qabaqlayaraq qalib gəlib. Yarışa saat 11:00-da start verilib. Beləliklə, “Formula 2” üzrə Azərbaycan Qran-prisinin proqramı başa çatıb. Ötən gün keçirilən sprint yarışında “DAMS Lucas Oil” komandasından Dino Beqanoviç, birinci əsas yarışda isə “Rodin Motorsport”dan Aleks Dann qalib olmuşdu. Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışı bu gün saat 15:00-da başlayacaq.
Digər fotolar
