Kateqoriyalar
Sırala
ID 0151355

27 Sentyabr – Anım Günündə Hərbi Memorial Məzarlıq ziyarət olunur

27 Sentyabr – Anım Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət olunur. Azərbaycan xalqı Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarlarını ziyarət edir. Gün ərzində məzarlığa çoxsaylı insanlar gəlir, şəhidlərin əziz xatirəsini ehtiramla yad edirlər. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu işğal altında olan ərazilərin azad edilməsi istiqamətində əks-hücum əməliyyatına başlayıb. Həmin gün müharibənin ilk saatlarında Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri, eləcə də Murovdağ istiqamətində bir sıra mövqelər azad edilib. Şəhidlərin məzarları önünə güllər düzülür, onların ruhuna dualar oxunur. Ziyarətə gələnlər qəhrəmanlarımızın keçdiyi şərəfli yolu və vətən naminə göstərdikləri fədakarlığı ehtiramla xatırlayırlar. 27 Sentyabr Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edildiyi mühüm gün kimi qeyd olunur. Bu tarix həm də 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıc günüdür.

Digər fotolar
arrow-up