Kateqoriyalar
Sırala
ID 0151369

27 Sentyabr – Anım Günündə Dövlət və hökumət rəsmiləri Zəfər Parkını ziyarət ediblər

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət davam edir. Rəsmi şəxslər, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və müxtəlif təşkilatların təmsilçiləri Zəfər Parkını ziyarət edirlər. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyulur. Dövlət qurumlarının əməkdaşları da Zəfər abidəsini ziyarət edərək şəhidlərin əziz xatirəsini yad edir, abidə önünə gül dəstələri düzürlər. Ziyarətə dini konfessiyaların nümayəndələri və ictimaiyyətin müxtəlif təbəqələrindən olan şəxslər də qatılırlar. Səhər saatlarından etibarən çoxsaylı vətəndaşlar Zəfər Parkına üz tutaraq Vətən müharibəsində həyatını itirən qəhrəmanların xatirəsini ehtiramla yad edirlər. 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad etdiyi əlamətdar tarixdir.

Digər fotolar
arrow-up