Kateqoriyalar
Sırala
ID 0151752

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü

Beynəlxalq Müəllimlər Günü hər il oktyabrın 5-də qeyd olunur. Bu gün 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının Parisdə keçirilən xüsusi konfransında qəbul edilmiş “Müəllimlərin statusu haqqında” tövsiyənin ildönümü münasibətilə təsis edilib. Bu tarix 1994-cü ildən etibarən UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Azərbaycanda da bu gün Müəllimlər Günü kimi qeyd edilir. Bu tarix müəllimlərin cəmiyyətdəki roluna, onların təhsilin və gələcək nəslin formalaşmasına verdiyi töhfəyə diqqət çəkmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün ölkənin müxtəlif təhsil müəssisələrində müəllimlərin əməyinə həsr olunan tədbirlər keçirilir, təhsil işçiləri təbrik edilir.

Digər fotolar
arrow-up