Kateqoriyalar
Sırala
ID 0151931

AFFA-nın yeni inşa olunan Hövsan Yarış Kompleksinə təşkil etdiyi mediatur

Mediatur çərçivəsində iştirakçılara Bakıda ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalının əsas məkanlarından biri olan Hövsan Yarış Kompleksi təqdim olunub. Jurnalistlər komplekslə tanış olub, burada yaradılan infrastruktur və turnirə hazırlıq prosesi barədə ətraflı məlumat əldə ediblər. Hazırda kompleksdə işlər yekunlaşmaq üzrədir. Turnir çərçivəsində nəzərdə tutulan 1000-ə yaxın qarşılaşmanın yeni inşa olunan kompleksdəki 10 futbol meydançasında təşkili planlaşdırılır. Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə Azərbaycanda uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək. Bakı oktyabrın 22–30-da FIFA-nın ilk dəfə təşkil etdiyi U-15 dünya çempionatı və festivalına ev sahibliyi edəcək. Oyunların böyük əksəriyyəti Hövsan Yarış Kompleksində baş tutacaq. Yarışda dünyanın 190-a yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmilərin iştirakı gözlənilir. Mötəbər turnirin açılış və final qarşılaşmaları isə Bakı Kristal Zalında keçiriləcək. Xatırladaq ki, Azərbaycan millisi turnirin AF qrupunda mübarizə aparacaq. Yığmanın rəqibləri Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor olacaq.

Digər fotolar
arrow-up