Kateqoriyalar
Sırala
ID 0151958

Qoruqların turizm imkanlarını nümayiş etdirmək üçün təşkil edilən mediatur

Oktyabrın 7-8-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına səfəri təşkil olunub. Mediaturun məqsədi daxili turizm imkanlarını, qoruqlarda yaradılan şəraiti və həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. “Lahıc” qoruğunda jurnalistlər qədim daş küçələri, Bədöyün məscidi, Hacı Gəray bulağı və “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Misgərlik emalatxanasına səfər zamanı sənətin hazırlanma prosesi nümayiş etdirilib. “Lahıc misgərlik sənəti”nin 2015-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi qeyd olunub. Media nümayəndələri həmçinin yerli arıçılıq təsərrüfatına baş çəkərək bal istehsalı barədə məlumat alıblar. Səfər zamanı jurnalistlərin sualları cavablandırılıb.

Digər fotolar
arrow-up