Kateqoriyalar
Sırala
ID 0152009

Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfrans

Bakıda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilir. Konfrans Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutur. Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Konfransın əsas məqsədi müasir dövrdə gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, dünyagörüşünün zənginləşdirilməsi və cəmiyyətin fəal üzvləri kimi yetişdirilməsi istiqamətində mövcud yanaşmaların müzakirəsidir. Tədbir çərçivəsində milli kimlik, vətənpərvərlik, ailə dəyərləri, sosial məsuliyyət və sağlam həyat prinsiplərinin gənclərin tərbiyəsindəki rolu diqqət mərkəzində olacaq. Eyni zamanda, gənclərin milli-mənəvi irsə bağlılığının möhkəmləndirilməsi, ictimai məsuliyyətinin artırılması və ictimai proseslərdə fəal iştirakının təşviq edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Konfrans çərçivəsində “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət” və “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panel sessiyaları da keçiriləcək.

Digər fotolar
arrow-up