Kateqoriyalar
Sırala
ID 0152018

Beynəlxalq səyyahlar Kəlbəcərdəki Xudavəng monastırında olublar

“Most Traveled People” (MTP) klubunu təmsil edən bir qrup beynəlxalq səyyah Kəlbəcər rayonunda yerləşən qədim Alban monastırı Xudavəngə səfər edib. Qonaqlar Qafqaz Albaniyasının qədim abidələrindən birinin tarixi və memarlıq irsi ilə tanış olublar. Səyyahlar monastırın ərazisini gəzib, həmçinin onun Kəlbəcər rayonunun dağlıq landşaftları arasında yerləşməsi ilə tanış olublar. Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri ikinci gündür davam edir. Nümayəndə heyətində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniya da daxil olmaqla, 13 ölkədən 40-a yaxın səyyah təmsil olunur.

Digər fotolar
arrow-up