Dövlət Turizm Agentliyinin Şəkiyə təşkil etdiyi mediatur
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 20-21-də Şəki şəhərinə mediatur təşkil olunub. Səfərin məqsədi bölgənin turizm potensialını, tarixi-mədəni irsini, həyata keçirilən bərpa layihələrini və turistlər üçün yaradılan şəraiti ictimaiyyətə təqdim etmək olub. Mediatur çərçivəsində jurnalistlər “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun Qala Divarları Kompleksində yerləşən Tətbiqi Sənət Mərkəzində olublar.
Digər fotolar
