Kateqoriyalar
Sırala
ID 0153096

Küçə və prospektlərdə yol nişanlanma xətlərinin çəkilməsi və yenilənməsi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın küçə və prospektlərində yol nişanlanma xətlərinin çəkilməsi və yenilənməsi işləri. İşlərə başlamazdan əvvəl yol səthi təmizlənir, ölçmələr aparılır və xətlərin istiqaməti müəyyənləşdirilir. Daha sonra xüsusi maşınlar və əl avadanlıqları vasitəsilə nişanlanma materialları tətbiq olunur. Velosiped zolaqları yaşıl rənglə işarələnir, digər xətlərin çəkilməsində isə termoplastik materiallardan və işığı əks etdirən şüşə mikrokürəciklərdən istifadə edilir. Nəqliyyat sıxlığını azaltmaq məqsədilə işlər əsasən gecə saatlarında aparılır. Yol nişanlanmalarının yenilənməsi hərəkətin düzgün təşkili, sürücülərin məlumatlandırılması və piyadaların təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Digər fotolar
arrow-up