Kateqoriyalar
Sırala
ID 0153617

Prezident İlham Əliyev FIFA U-15 Dünya çempionatı və festivalının mükafatlandırma mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında keçirilən FIFA U-15 Dünya çempionatı və festivalının final qarşılaşmasını izləyib. Final oyununda Çexiya və İspaniya yığmaları üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya komandası FIFA U-15-in ilk dünya çempionatı və festivalının qalibi olub. Daha sonra Prezident İlham Əliyev qalib komandanın mükafatlandırma mərasimində iştirak edib.

Digər fotolar
arrow-up