Kateqoriyalar
Sırala
ID 0153824

Bazar piştaxtalarında payız rəngləri: mövsümi meyvələr

Noyabr ayının gəlişi ilə bazarlarda payızın mövsümi məhsulları daha çox gözə çarpır. Piştaxtalarda armud, nar, heyva, feyxua kimi meyvələrlə yanaşı, qoz, fındıq və şabalıd da alıcılara təqdim olunur. Azərbaycanın müxtəlif bölgələrindən gətirilən bu məhsullar payızın son günlərində süfrələrin əsas nemətlərinə çevrilir. Bu dövrdə xüsusilə nar və heyvaya, eləcə də yetişmə mövsümü davam edən feyxuaya maraq artır. Qoz və fındıq həm gündəlik istehlak, həm də qış tədarükü üçün alınan məhsullar sırasındadır. Bazarların piştaxtalarında müxtəlif çeşidli meyvə və çərəzlərin bolluğu mövsümə uyğun rəngarəng mənzərə yaradır. Payızın sonuna xas olan bu məhsullar təkcə süfrələrə dad və rəng qatmaqla kifayətlənmir, həm də Azərbaycanın kənd təsərrüfatı potensialını və bölgələrdəki mövsümi məhsul müxtəlifliyini nümayiş etdirir. Noyabr ayı bu nemətlərin bolluğu ilə payızın özünəməxsus ab-havasını yaşadır.

Digər fotolar
arrow-up