Xızıda yerləşən qədim Şeyx Heydər türbəsi
Şeyx Heydər Səfəvilər dövlətinin banisi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin atasıdır. O, 1488-ci ildə Şirvanşahlarla baş verən döyüşdə həlak olub və indiki Xızı rayonu ərazisində dəfn edildiyi bildirilir. Tarixi iddialardan birinə görə, Şeyx Heydərin məzarı Xızı rayonunun Tıxlı kəndi yaxınlığında yerləşir. Bu ərazidəki türbənin ona məxsus olduğu ehtimal edilir. Türbənin qalıqları kənddən 3-4 kilometr şimal-şərqdə yerləşir. Yeni aşkar edilən abidənin yalnız kiçik bir hissəsi təbii təsirlər nəticəsində dövrümüzə qədər gəlib çatıb. Lakin türbənin məhz Şeyx Heydərə aid olması hələlik tarixi iddia və ehtimal olaraq qalır.
Digər fotolar
