Kateqoriyalar
Sırala
ID 0154322

Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Bu gün Xocavənd rayonunun Xocavənd şəhərinə və Quzeyxırman kəndinə, eləcə də Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç həyata keçirilir. Köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdir. Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə (140 nəfər), Quzeyxırman kəndinə 12 ailə (45 nəfər), Soltanlı kəndinə 17 ailə (74 nəfər), Cahangirbəyli kəndinə isə 18 ailə (74 nəfər) köçürülür. Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıq göstərən Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə təşəkkür edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Digər fotolar
arrow-up