Kateqoriyalar
Sırala
ID 0154633

“Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” konfransı

Bakıda “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə qadınların ictimai-siyasi həyatda iştirakı, hüquqlarının müdafiəsi, erkən evliliklə mübarizə və dini maarifləndirmədə rolu müzakirə olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların qərar qəbuletmə prosesində iştirakının və müxtəlif dövlət və ictimai qurumlarda təmsilçiliyinin artdığını bildirib. O, qadınlara qarşı zorakılığın, erkən evliliklərin və zərərli adətlərin qarşısının alınmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, erkən evlilik qızların təhsil, sağlamlıq və şəxsi inkişaf imkanlarını məhdudlaşdırır. Bu problemlərlə mübarizədə din xadimlərinin və dini qurumların da rolunun vacib olduğunu diqqətə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə dini biliklərin düzgün mənimsənilməsində, xurafatla sağlam dini düşüncənin fərqləndirilməsində qadınların əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ailədə uşaqların dünyagörüşünün formalaşmasında qadınların rolu əvəzsizdir. Bu baxımdan qadınların elmi əsaslara söykənən dini təhsil imkanlarının genişləndirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir. Ramin Məmmədov bu istiqamətdə İlahiyyat İnstitutunun fəaliyyətini də nümunə göstərib.

Teqlər
Digər fotolar
arrow-up