Kateqoriyalar
Sırala

#166 yükdaşıma xidməti

166 Yükdaşıma xidməti

"166 Yükdaşıma və Logistika" şirkəti, 2012-ci ildə məhdud sayda yük maşını ilə fəaliyyətə başlayan qısa müddətdə Azərbaycanın qabaqcıl kompleks xidmət brendlərindən birinə çevrilib. Şirkət ilkin olaraq yükdaşıma sahəsində ixtisaslaşsa da, hazırda fəaliyyət dairəsini genişləndirərək müştərilərinə müxtəlif kompleks xidmətlər təqdim edir. 166 brendi yalnız ölkədaxili yükdaşıma ilə məhdudlaşmır, həm də beynəlxalq arenada logistika həlləri təklif edir. Geniş avtoparkı və peşəkar heyəti sayəsində istənilən həcmdə yüklərin (yüngül, ölkədaxili, beynəlxalq) quru, hava və dəniz yolları ilə vaxtında və təhlükəsiz çatdırılmasını təmin edir. Xüsusilə Çindən Azərbaycana dəmir yolu ilə irihəcmli yüklərin çatdırılması bu xidmətin beynəlxalq miqyasdakı uğurlarından biridir. Şirkət yükdaşıma ilə yanaşı, qısa nömrə vasitəsilə sifariş edilə bilən əlavə xidmətləri də əhatə edir. Bunlara xalça yuma, peşəkar təmizlik xidməti (ev, ofis, yumşaq mebel), avtomobillərin evakuasiyası (kran-manipulyator daxil olmaqla), usta xidmətləri (santexnik, elektrik, kombi ustası) və işçi qüvvəsinin təmin edilməsi daxildir. Bütün xidmətlərdə keyfiyyətin ölçülməsi və beynəlxalq standartların (məsələn, ISO sertifikatları) tətbiqi əsas prioritetlərdəndir.
arrow-up