Kateqoriyalar
Sırala

#ağdama köç

Ağdama köç

Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi nəticəsində 2020-ci ilin noyabrında işğaldan azad edilmiş Ağdam rayonuna Böyük Qayıdış prosesi uğurla davam edir. Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dağıdılmış yaşayış məntəqələri "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları əsasında yenidən inşa olunur. Artıq Ağdam şəhərinə və rayonun bir sıra kəndlərinə, o cümlədən Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə keçmiş məcburi köçkünlərin ilkin köçü başlanıb. Bütün zəruri sosial, iqtisadi və infrastruktur obyektləri – evlər, məktəblər, tibb məntəqələri tikilib, mühəndis-kommunikasiya xətləri bərpa edilib. Ağdama qayıdış Qarabağın dirçəlişinin və ərazinin iqtisadi aktivliyinin təmin olunmasının mühüm tərkib hissəsidir.
arrow-up