#aleksandr kalyaninovun büstü
Aleksandr Kalyaninovun büstü
Aleksandr Georgiyeviç Kalyaninov Aktau yaxınlığında 25 dekabr 2024-cü il tarixində qəzaya uğrayan AZAL-a məxsus "Embraer 190" sərnişin təyyarəsinin köməkçi pilotu idi. Bakı Avropa Liseyinin məzunu olan Aleksandr uşaqlıqdan pilot olmaq arzusunda idi və təhsilini bitirdikdən sonra bu peşəyə yiyələnmişdi. Qəzaya qədər təxminən bir il pilot kimi fəaliyyət göstərən Kalyaninov, gəmi komandiri İqor Kşnyakin ilə birlikdə, kritik vəziyyətdə sonadək idarəetməni saxlamağa çalışaraq, onlarla sərnişinin həyatını xilas etməyə nail olmuşdur. Onların fədakarlığı nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 29-u sağ qalmışdır. Bu qəhrəmanlığa görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aleksandr Kalyaninov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş və II Fəxri xiyabanda dəfn edilmişdir.