#ali məhkəmə
Ali Məhkəmə
Azərbaycan Respublikasının Ali Məhkəməsi ölkənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin icraatına aid edilən bütün işlər üzrə ali məhkəmə orqanıdır. O, Bakı şəhərində təşkil edilir və yurisdiksiyası bütün ölkə ərazisini əhatə edir. Əsas fəaliyyət forması kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirməkdir. Ali Məhkəmə həmçinin məhkəmələrin praktikasına dair məsələlər üzrə izahatlar verir. Tərkibinə Plenum və mülki, cinayət, inzibati, habelə kommersiya kollegiyaları daxildir. Ali Məhkəmənin hakimləri Milli Məclis tərəfindən təyin edilir və qanunun aliliyini təmin edir.