#anaklaudia rosbax
Anaklaudia Rosbax
Anaklaudia Rosbax (Anaclaudia Rossbach) Birləşmiş Millətlər Təşkilatının Şəhərsalma Proqramının (UN-Habitat) icraçı direktoru kimi qlobal miqyasda dayanıqlı və sağlam şəhərlərin inkişafına rəhbərlik edir. O, beynəlxalq şəhərsalma və iqlim gündəliklərinin əlaqələndirilməsində əsas fiqurlardan biridir.
Rosbax xanım və rəhbərlik etdiyi UN-Habitat proqramı Azərbaycan ilə sıx tərəfdaşlıq əlaqələrini dinamik şəkildə davam etdirir. Bu əməkdaşlıq xüsusilə Azərbaycanın ev sahibliyi edəcəyi iki mühüm qlobal tədbir – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ətrafında cəmləşir.
UN-Habitat rəhbəri Bakıda səfərdə olarkən, paytaxtın tarixi, mədəni irsin qorunması, "Ağ Şəhər" layihəsi və Mərkəzi Park kimi insanyönümlü şəhərsalma həlləri ilə tanış olmuşdur. O, Azərbaycanın postmünaqişə dövründə öz milli imkanları hesabına apardığı genişmiqyaslı bərpa-yenidənqurma işlərini, xüsusilə müasir meyarlara uyğun olaraq həyata keçirilməsini yüksək qiymətləndirmişdir.
Anaklaudia Rosbax Azərbaycan hökumətinin WUF13-ə hazırlıq prosesindən məmnunluğunu ifadə edərək, bu Forumun dayanıqlı şəhərlərin inkişafı sahəsində Azərbaycanın nailiyyətlərini beynəlxalq ictimaiyyətə nümayiş etdirmək üçün əla fürsət olacağına inamını bildirmişdir.