Kateqoriyalar
Sırala

#aqil şirinov

Aqil Şirinov

Aqil Muxtar oğlu Şirinov 28 sentyabr 1979-cu ildə Kəlbəcər şəhərində anadan olmuşdur. O, ilahiyyat üzrə fəlsəfə doktoru, dosentdir. Akademik təhsilini Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində almış, Türkiyənin Mərmərə Universitetində isə İslam fəlsəfi ilahiyyatı sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir. Aqil Şirinov uzun illər Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuş, İslam məzhəbləri tarixi və fəlsəfəsi fənlərini tədris etmişdir. O, 12 may 2020-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru vəzifəsində çalışır. Aİİ rəhbəri kimi, onun əsas fəaliyyəti yüksək elmi və mənəvi səviyyəyə malik, milli dəyərlərə sadiq dini kadrların hazırlanması, multikulturalizm və tolerantlıq mühitinin akademik səviyyədə təbliğ edilməsindən ibarətdir. O, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Elmi-dini Şurasının üzvüdür.
arrow-up