#atanqa desmond funvi
Atanqa Desmond Funvi
Atanqa Desmond Funvi, kamerunlu professor, həkim, psixoloq və təhsil sahəsində ekspert Bakıda keçirilən "Belçika müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfransda kolonializmin Afrikaya vurduğu psixoloji və genetik zərərlərə diqqət çəkib. Kesmonds Beynəlxalq Universitetinin prezidenti olan Funvi, müstəmləkəçiliyin fəsadlarının hələ də Afrika qitəsində, xüsusilə də Konqoda hiss olunduğunu bildirib.
Professor vurğulayıb ki, əcdadların yaşadıqları işgəncə, zorakılıq, stress və alçalma təcrübələri onların yaddaşına həkk olunaraq genetik və psixoloji səviyyədə nəsillərə ötürülür. Bu faktorlar müasir Afrikalıların davranış və düşüncə tərzini formalaşdırmağa davam edir. O, kolonializmin bu mənfi irsini aradan qaldırmaq üçün tarixin yenidən kəşfi, təhsilin gücləndirilməsi və mədəni yaddaşın qorunmasının zəruri olduğunu qeyd edib.