#azal təyyarəsinin qəzası
AZAL təyyarəsinin qəzası
25 dekabr 2024-cü il tarixində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin iştirakı ilə baş vermiş hadisə geniş müzakirələrə səbəb olmuşdur. J2-8243 reysi üzrə hərəkət edən hava gəmisi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Məlumata görə, göyərtədə 67 nəfər olub və hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Heyət üzvlərindən kapitan İgor Kşnyakin və pilot Aleksandr Kalyaninovun həlak olduğu, Zülfüqar Əsədov və Aydan Rəhimlinin isə sağ qaldığı bildirilir. Hadisənin ilkin səbəbi kimi təyyarənin HHM sistemi tərəfindən hücuma məruz qalması ehtimalı irəli sürülmüşdür.