#azerconnect group
Azerconnect Group
"Azerconnect Group", Azərbaycanın telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ilk və ən iri müəssisələr qrupudur. Şirkət ölkənin mobil və sabit rabitə operatorlarına, eləcə də digər korporativ müştərilərə beynəlxalq standartlara uyğun B2B xidmətlər təqdim edir. "Azerconnect Group"un fəaliyyət dairəsinə şəbəkə texnologiyaları, İT infrastrukturunun qurulması, rəqəmsal həllərin işlənməsi və müştəri xidmətlərinin idarə olunması daxildir.
"NEQSOL Holding"in tərkib hissəsi olan qrup, innovativ texnologiyaların tətbiqi vasitəsilə Azərbaycanın rəqəmsal transformasiyasında həlledici rol oynayır. Şirkət həm yerli, həm də regional bazarda rəqabətqabiliyyətli kadr potensialı və qabaqcıl texnoloji bazası ilə seçilir.