Kateqoriyalar
Sırala

#baku tv

Baku TV

Baku TV 2018-ci il fevralın 18-də fəaliyyətə başlayan və qısa müddətdə Azərbaycan media məkanında özünəməxsus yer tutan internet televiziyasıdır. Başlanğıcda rəqəmsal platformada yayıma başlayan Baku TV, Global Media Group-un tərkibində fəaliyyət göstərir və ölkədə, eləcə də dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri izləyicilərə operativ, obyektiv və peşəkar şəkildə çatdırır. Baku TV-nin əsas üstünlüyü onun rəqəmsal media mühitində sürətli adaptasiyası və çoxplatformalı fəaliyyətidir. Kanal xəbərlərini Azərbaycan və rus dillərində təqdim edir, həmçinin ingilis, fransız və erməni dillərində də məlumatlar yayır. O, geniş izləyici auditoriyasına canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar və müəllif proqramları təqdim edir. 2020-ci il Vətən Müharibəsi dövründə Baku TV-nin qaynar nöqtələrdən reportajları və operativ canlı yayımları izləyicilərin dolğun məlumat almasına imkan yaratmışdır. Kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukrayna kimi ölkələrdə xüsusi müxbirləri fəaliyyət göstərir. 2023-cü il sentyabrın 19-da "Azerspace" peyki vasitəsilə test rejimində yayıma başlayan Baku TV, internet televiziyasından kənar da öz əhatə dairəsini genişləndirir. YouTube platformasında yüksək baxış sayı reytinqlərində lider mövqelərdədir və rəqəmsal media məktəbi vasitəsilə gənc kadrların inkişafına da töhfə verir.
arrow-up