Kateqoriyalar
Sırala

#biogarden eko aqro turizm təsərrüfatı

BioGarden eko aqro turizm təsərrüfatı

“BioGarden” eko-aqro turizm təsərrüfatı Azərbaycanın şimal-qərb bölgəsində, Şəki rayonunun Öyrət kəndi ərazisində yerləşən aqrobio müxtəlifliyin inkişafına xidmət edən unikal məkandır. 2008-ci ildə təməli qoyulan və 2010-cu ildən etibarən aktiv biznes turizm fəaliyyətinə başlayan bu təsərrüfat 8 hektar geniş ərazini əhatə edir. “BioGarden”in əsas cəlbedici xüsusiyyəti burada mövcud olan üç mindən çox meyvə ağacıdır. Bu nəhəng bağda respublikanın müxtəlif yerli növləri ilə yanaşı, xarici ölkələrdən gətirilmiş nadir bitkilər də orqanik üsullarla yetişdirilir. Təsərrüfatın hədəfləri arasında ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, həmçinin bu məhsullardan istifadə edilərək milli yeməklərin turistlərə təqdim olunması durur. Bağda arıçılıq təsərrüfatı və süni göl kompleksləri də mövcuddur. “BioGarden”in əsas məqsədi kənd həyatı və kənd təsərrüfatının potensialını yerli və beynəlxalq turistlərə nümayiş etdirmək, turizm imkanlarını genişləndirməkdir. Məkan həm böyüklər, həm də uşaqlar üçün əyləncə və təlim imkanları təklif edən aqroekoloji turizmin parlaq nümunəsidir.
arrow-up