Kateqoriyalar
Sırala

#cavidan rəhmətov

Cavidan Rəhmətov

26 yaşlı Cavidan Rəhmətov müasir Azərbaycan incəsənətində adından bəhs etdirən istedadlı heykəltaraş və İkinci Qarabağ müharibəsi qazisidir. Onun yaradıcılıq yolunda xüsusi yer tutan əsəri “Zəfər yolu”dur ki, bu əsər Azərbaycanın qazandığı tarixi Qələbəni əks etdirir. Gənc sənətkar Xaçmaz rayonunda anadan olub və ilkin bədii təhsilini burada yerləşən Uşaq İncəsənət Məktəbində almışdır. Vətənə olan sevgisi onu hərbi xidmətə yollanmağa ruhlandırmışdır. Müharibə başladıqdan sonra o, könüllü olaraq döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən əməliyyatlarda iştirak edərək medallarla təltif olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Xaçmazda öz rəssamlıq kursunu açmış, eyni zamanda sənətə olan dərin marağını davam etdirərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olmuşdur. Hazırda Akademiyanın Heykəltaraşlıq ixtisasının IV kurs tələbəsi kimi universitetin emalatxanasında aktiv fəaliyyət göstərir.
arrow-up