#cordan rezabala
Cordan Rezabala
Cordan Rezabala (Jordan Rezabala) "Neftçi" Peşəkar Futbol Klubunun heyətində çıxış edən ekvadorlu peşəkar futbolçudur. 2000-ci il təvəllüdlü Rezabala meydanda əsasən hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayır. O, 2024-cü ilin yayında Ekvadorun "Univerdidad Katolika" klubundan icarə əsasında "Ağ-qaralar"a qoşulmuşdur.
Rezabala gənclər səviyyəsində böyük uğurlar qazanmışdır. O, Ekvadorun 20 yaşadək futbolçulardan ibarət yığmasının əsas oyunçularından biri olmuş, U-20 Cənubi Amerika Çempionatının qalibi olmuşdur. Çevikliyi, yüksək texnikası və qeyri-standart qərarları ilə fərqlənən Rezabala, həmçinin İsveçrənin "Bazel" klubunda legioner təcrübəsi də əldə etmişdir. O, "Neftçi"nin hücum xəttinə yaradıcılıq qatmağa hədəflənmiş gənc və perspektivli oyunçudur.