#dunya kovari binggeli
Dunya Kovari Binggeli
Dunya Kovari-Binggeli İsveçrənin beynəlxalq şəhərsalma və urban dizayn agentliyi olan "SA Partners" şirkətinin təsisçi tərəfdaşıdır. O, III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) iştirak edərək, Şərqi Zəngəzurun bərpası üzrə həyata keçirilən layihələrdən danışıb. Onun rəhbərlik etdiyi komanda Laçın, Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin Baş planlarının hazırlanmasında iştirak edərək, ərazilərin təhlükəsiz, davamlı və iqlimə dayanıqlı inkişafını hədəfləyir. Layihələr çərçivəsində Azərbaycanda yeni yaşayış evi prototipi olan taunhauslar tətbiq edilir.