#dyeudonne kvebe kimpele
Dyeudonne Kvebe Kimpele
Dyeudonne Kvebe-Kimpele, konqolu jurnalist, mühazirəçi və müstəqil tədqiqatçı Bakıda keçirilən "Belçika müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfransda Konqonun tarixi və mövcud problemləri haqqında ətraflı məlumat verib. Konqolu mütəxəssis Belçika kolonializminin Konqo Demokratik Respublikasında yaratdığı uzunmüddətli sosial, siyasi və iqtisadi fəsadları təhlil edib.
Kvebe-Kimpele çıxışında müstəmləkə idarəçiliyi dövründə törədilən cinayətlərin tam tanınmasının və bu cinayətlərin nəticələri üçün məsuliyyətin vacibliyini vurğulayıb. O, Konqonun təbii sərvətlərinin istismarı və etnik bölücülüyün ölkədəki indiki münaqişələri necə şərtləndirdiyini diqqətə çatdırıb. Onun tədqiqatçı baxışı konfrans iştirakçılarına Belçikanın müstəmləkə mirasının müasir Konqo cəmiyyətinə təsirini daha dərindən anlamağa imkan yaradıb.