Kateqoriyalar
Sırala

#elçin mirzəbəyli

Elçin Mirzəbəyli

Elçin Əbdülrəhim oğlu Mirzəbəyli 12 avqust 1967-ci ildə Lənkəran şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Rusiya Dövlət Səhnə Sənətləri İnstitutunu bitirib. Kütləvi tamaşalar təşkilatçı-rejissoru və rejissorluq ixtisaslarına yiyələnən E. Mirzəbəyli, eyni zamanda Əməkdar Jurnalist fəxri adına layiq görülüb, publisist və şair kimi tanınır. Uzun illər media sahəsində fəaliyyət göstərən, o cümlədən "Üç nöqtə" qəzetinin redaktoru olan Elçin Mirzəbəyli siyasi analitik kimi də tanınır. O, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür. Siyasi karyerasında VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (90 saylı Ağsu Seçki Dairəsi) seçilib. Milli Məclisdə Elm və Təhsil və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvüdür. Eyni zamanda bir sıra beynəlxalq parlamentlərarası əlaqələr üzrə işçi qruplarında ölkəmizi təmsil edir. Hazırda bitərəfdir.
arrow-up