Kateqoriyalar
Sırala

#enn vetsi mpoma

Enn Vetsi Mpoma

Enn Vetsi Mpoma , "Wetsi Art Gallery"nin təsisçisi və direktoru, Belçikalı sənət tarixçisi Bakıda keçirilən "Belçika müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfransda Belçikanın müstəmləkə siyasətinin mühüm, lakin az müzakirə olunan bir cəhətini – mədəni irsin talanını diqqətə çatdırıb. O, müstəmləkəçiliyin təkcə iqtisadi və siyasi nəzarət deyil, həm də Konqo xalqının yaddaşını və mədəni kimliyini silmək cəhdi olduğunu vurğulayıb. Mpoma bildirib ki, bu gün Belçika muzeylərində Konqo Demokratik Respublikasına (KDR) məxsus çoxsaylı artefaktlar saxlanılır. O, bu mədəni sərvətlərin Konqoya və digər Afrika ölkələrinə qaytarılması üçün fəaliyyət göstərdiyini qeyd edib və bunun Afrika dövlətlərinin dəstəyi ilə mümkün olacağını söyləyib. Mpoma, Belçikanın KDR-yə vurduğu böyük zərərə görə rəsmi üzr istəməklə yanaşı, müstəmləkə zülmünə görə təzminat (reparasiya) ödəməli olduğunu təkid edib.
arrow-up